Belçika məhkəməsi Puçdemon və dörd silahdaşını azad edib

Belçika məhkəməsi Puçdemon və dörd silahdaşını azad edib Onlar yeni qərar qəbul olunanadək zaminə buraxılıblar
Digər ölkələr
6 Noyabr , 2017 03:24
Belçika məhkəməsi Puçdemon və dörd silahdaşını azad edib

Bakı. 6 noyabr. REPORT.AZ/ Belçika məhkəməsi Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon və onun dörd silahdaşını onların İspaniya hökumətinə təhvil verilməsi ilə bağlı qərar qəbul olunanadək zaminə buraxıb.

“Report” xəbər verir ki, bu barədə Kataloniya Milli Assambleyasının rəhbər müavini Aqusti Alkoberro öz "Twitter" səhifəsində yazıb.

"Kataloniyanın sabiq rəhbəri və onun silahdaşları azadlığa buraxılıb", — deyə o yazıb.

Son xəbərlər

Orphus sistemi