Belçika bir rusiyalı diplomatı ölkəsindən çıxaracaq

Belçika bir rusiyalı diplomatı ölkəsindən çıxaracaq Bu barədə qərar hökumətin Skripal işi üzrə iclasının yekununda qəbul olunub
Digər ölkələr
1888
28 Mart , 2018 03:38
Belçika bir rusiyalı diplomatı ölkəsindən çıxaracaq

Bakı. 28 mart. REPORT.AZ/ Belçika Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızının zəhərlənməsi işi ilə əlaqədar bir rusiyalı diplomatı ölkəsindən çıxaracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Krallığın baş naziri Şarl Mişel hökumətin Skripal işi ilə bağlı vəziyyətə həsr olunmuş iclasının yekununda deyib.

"Biz bir rusiyalı diplomatı akkreditasiyadan məhrum etmək qərarına gəldik, lakin Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinə sadiqik", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi