Belarusun sanksiyalardan itkiləri hesablanıb

Belarusun sanksiyalardan itkiləri hesablanıb Avropa İttifaqnın rəsmi Minskə qarşı sanksiyaları Belarusun ildə 250-300 milyon dollar dəyərində enerji və neft-kimya məhsulları ixracına təsir edir.
Digər ölkələr
5 Dekabr , 2021 05:10
Belarusun sanksiyalardan itkiləri hesablanıb

Avropa İttifaqnın rəsmi Minskə qarşı sanksiyaları Belarusun ildə 250-300 milyon dollar dəyərində enerji və neft-kimya məhsulları ixracına təsir edir.

“Report” xəbər verir ki, bu barədə Belarusun Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Krutoy bildirib.

Onun sözlərinə görə, Belarus müəssisələri üçün ilk növbədə Çin, Rusiya və Afrika qitəsinin bazarlarına istiqamətlənməsi bir nömrəli vəzifədir.

D. Krutoy vurğulayıb ki, gələn ildə ixrac prioritet olaraq qalacaq: “2022-ci ildə gözlənilən iqtisadi artımın 65%-nin ixrac tədarükünün artırılması hesabına əldə edilməsi planlaşdırılır. Belarus hakimiyyəti satış bazarlarını diversifikasiya etməyi və ixracın fiziki həcmini artırmağı gözləyir”.

Son xəbərlər

Orphus sistemi