Belarusda terror aktlarının qarşısı alınıb

Belarusda terror aktlarının qarşısı alınıb Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) rəhbəri İvan Tertel bildirib ki, ölkənin dövlət orqanları və ayrı-ayrı vəzifəli şəxslərlə, xeyli sayda insanın həlak ola bilməsi təhdidi ilə bağlı terror aktlarının qarşısı alınıb
Digər ölkələr
10 Mart , 2021 00:15
Belarusda terror aktlarının qarşısı alınıb

Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) rəhbəri İvan Tertel bildirib ki, ölkənin dövlət orqanları və ayrı-ayrı vəzifəli şəxslərlə, xeyli sayda insanın həlak ola bilməsi təhdidi ilə bağlı terror aktlarının qarşısı alınıb.

"Dövlət orqanları, ayrı-ayrı vəzifəli şəxslər, həmçinin xeyli sayda insanın həlak ola bilməsi təhlükəsi ilə bağlı terror aktları planlaşdırılmışdı. Təəssüf ki, bu həqiqətdir, bu, hazırda yaşadığımız reallıqdır. Və biz müvafiq tədbirlər görürük", - Tertel "Belarus 1" telekanalına müsahibəsində bildirib.

BELTA agentliyi isə qeyd edib ki, xüsusi xidmət orqanları Belarusda mütəşəkkil qrupun üzvlərini saxlayıb. Onlar ölkədə terror aktları hazırlayırmış.

"Trotilin (müsadirə edilən -red) çəkisi onlarla kiloqramdır", - asayiş keşikçiləri tərəfindən aşkar edilmiş partlayıcı maddəni şərh edən Dövlət Təhlükəsizlik Komitəsinin başçısı vurğulayıb.

Ötən ilin 9 avqustunda Belarusda keçirilmiş prezident seçkilərindən sonra ölkədə müxalifətin kütləvi etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı bir sıra toqquşmalar, qarışıqlıqlar baş verib.

Belarusun Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib gəlib. Lukaşenko altıncı dəfədir prezident serçkilərində qələbə çalır.

Son xəbərlər

Orphus sistemi