​Belarusda siqaretin qiyməti qalxıb

​Belarusda siqaretin qiyməti qalxıb Daha çox qiymət artımı "Oscar" markasında müşahidə olunub
Digər ölkələr
1 Yanvar , 2016 19:16
​Belarusda siqaretin qiyməti qalxıb

Bakı. 1 yanvar. REPORT.AZ/ Yanvarın 1-dən Belarusda bəzi siqaret markalarının pərakəndə satış qiymətləri artıb.

"Report" "Belta"ya istinadən xəbər verir ki, bu barədə məlumat Belarusun Vergilər və Yığım Nazirliyinin saytında dərc olunub.

Məlumata görə, "Kronon" siqaretinin qiyməti 2,7% (bir qutusu 7.600 rubl), "Fest" 2,7% (7.700), "Minsk" və "Premyer" 2,3% (9.000), "Credo" 2,9% (7.200) bahalaşıb.

Daha çox qiymət artımı "Oscar" markasında müşahidə olunub - 7,6% (14.200 rubl).

Son xəbərlər

Orphus sistemi