​Belarusda prezident seçkiləri start götürüb

​Belarusda prezident seçkiləri start götürüb Seçkidə dörd namizəd iştirak edir
Digər ölkələr
11 Oktyabr , 2015 11:54
​Belarusda prezident seçkiləri start götürüb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Belarusda ölkə prezidenti seçkilərində seçki məntəqələri səsvermə üçün açıq elan edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, seçkilərdə dörd namizəd iştirak edir.

Məlumata görə, bunlar hazırkı prezident Aleksandr Lukaşenko, Liberal-Demokrat Partiyasının rəhbəri Sergey Qaydukeviç, Belarus Vətənpərvər Partiyasının nümayəndəsi Nikolay Ulaxoviç və "Düzünü de" kampaniyasından namizəd Tatyana Korotkeviçdir.

Son xəbərlər

Orphus sistemi