Belarusda koronavirusa yoluxanların sayı 61 mini ötdü

Belarusda koronavirusa yoluxanların sayı 61 mini ötdü Belarusda son sutkada koronavirusa daha 382 yoluxma və bu xəstəlikdən 4 ölüm faktı qeydə alınıb.
Digər ölkələr
27 iyun 2020 12:55
Belarusda koronavirusa yoluxanların sayı 61 mini ötdü

Belarusda son sutkada koronavirusa daha 382 yoluxma və bu xəstəlikdən 4 ölüm faktı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunub ki, bununla da ölkədə yoluxanların ümumi sayı 61 095-ə, ölənlərin sayı isə 377-yə çatıb.

Məlumata görə, pandemiyadan 44 126 pasiyent sağalıb.

Qeyd edək ki, bir müddət əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusun ikinci dalğasının başlayacağı barədə xəbərdarlıq edərək daha ciddi hazırlıq işləri görməyi tapşırmışdı.

Belarus əhalisinin sayı 9 475 174 nəfərdir.

Son xəbərlər

Orphus sistemi