Belarusda son sutka ərzində koronavirusa yoluxanların sayı 518 nəfər artaraq 59 023-ə çatıb.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Qeyd olunur ki, epidemiyanın əvvəlindən bu yana 351 nəfər ölüb, 37 923 xəstə sağalıb.
Ölkədə COVID-19 ilə bağlı təqribən 877 min test aparılıb.