Belarusda dünənki mitinqlərdən sonra 350-dək saxlanılan var

Belarusda dünənki mitinqlərdən sonra 350-dək saxlanılan var Dünən Belarusda keçirilən etiraz aksiyalarından sonra 345 nəfər həbs olunub
Digər ölkələr
285
23 Noyabr , 2020 15:15
Belarusda dünənki mitinqlərdən sonra 350-dək saxlanılan var

Dünən Belarusda keçirilən etiraz aksiyalarından sonra 345 nəfər həbs olunub.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin teleqram kanalına istinadən məlumat yayıb.

Qeyd edək ki, Belarusda etirazlar ardıcıl üçüncü aydır davam edir. Etirazlar Mərkəzi Seçki Komissiyasının Aleksandr Lukaşenkonu avqustun 9-da keçirilmiş prezident seçkilərində qalib elan etməsindən sonra başlayıb.

Müxalifət namizədlərinin hamısının qərargahı rəsmi nəticələri tanımadıqlarını elan ediblər. Etirazçıları ən böyük sənaye müəssisələrinin işçiləri də dəstəkləyərək tətil elan ediblər. Güc strukturları əməkdaşları nümayişçilərə qarşı xüsusi texnika, səs bombası və rezin güllələrdən istifadə edir.

Son xəbərlər

Orphus sistemi