Belarusda yerli peyvəndin sınaqlarına başlanılıb

Belarusda yerli peyvəndin sınaqlarına başlanılıb Hazırda yerli peyvəndin işlənib hazırlanmasına 6 laboratoriya cəlb olunub
Digər ölkələr
26 Aprel , 2021 16:50
Belarusda yerli peyvəndin sınaqlarına başlanılıb

Yaxın zamanlarda Belarusun istehsal etdiyi peyvəndin heyvanlar üzərində sınaqlarına başlanılacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Respublika Epidemiologiya və Mikrobiologiya Elmi-Praktiki Mərkəzinin Biotəhlükəsizlik laboratoriyasının müdiri Anatoli Krasko jurnalistlərə bildirib.

“Yaxın zamanlarda heyvanların immunizasiyasına başlayacağıq. Bu proses azı 1 ay vaxt tələb edəcək. Payıza qədər peyvəndin prototipinin hazırlanması planlaşdırılır. Kliniki sınaqlar isə gələn il həyata keçiriləcək”, - A.Krasko bildirib.

Respublika Epidemiologiya və Mikrobiologiya Elmi-Praktiki Mərkəzinin direktoru Vladimir Qorbunov məlumat verib ki, hazırda yerli peyvəndin işlənib hazırlanmasına mərkəzin 6 laboratoriyası cəlb olunub.

Son xəbərlər

Orphus sistemi