Belarusda saxlanılan aksiyaçıların sayı məlum oldu

Belarusda saxlanılan aksiyaçıların sayı məlum oldu Belarusda şənbə günü keçirilən razılaşdırılmamış aksiyanın 114 iştirakçısı saxlanılıb.
Digər ölkələr
13 Sentyabr , 2020 12:57
Belarusda saxlanılan aksiyaçıların sayı məlum oldu

Belarusda şənbə günü keçirilən razılaşdırılmamış aksiyanın 114 iştirakçısı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, aksiyanın 87 iştirakçısı hələ də həbsdə saxlanılır. Nazirlik qeyd edib ki, etiraz aksiyasının iştirakçılarının sayı 1 700 nəfəri ötməyib.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova qeyd edib ki, respublikanın 5 regionunda keçirilən 12 etiraz aksiyasının iştirakçıları 1 700 nəfərdən çox olmayıb. Onun sözlərinə görə, aksiyaçılardan 99-u Minskdə saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi