2021-ci ildə Belarus və Polşa ərazisindən keçməklə Almaniyaya 11 mindən çox qanunsuz miqrant gəlib.
“Report” xəbər verir ki, bu barədə məlumatları Almaniyanın dövlət sərhədinin mühafizəsinə cavabdeh olan federal polis yayıb.
Ümumilikdə hüquq-mühafizə orqanları Belarus-Polşa marşrutu ilə Almaniyaya daxil olmuş 11 213 qaçqını qeydə alıb. Onlar Almaniyanın qərbindəki Brandenburq federal əyalətinə gəliblər. İlk növbədə bunlar iraqlılar, suriyalılar və əfqanlardır.
Eyni zamanda, sentyabrda 2 049, oktyabrda 5 294, noyabrda isə 2 849 əcnəbi AFR-ə qanunsuz daxil olub. Dekabrda hüquq-mühafizə orqanları yalnız Belarusdan Almaniyaya gələn 521 qeyri-qanuni miqrantı qeydiyyata alıb.