Belarus-Polşa sərhədində 3 mindən çox qanunsuz mühacir yığılıb

Belarus-Polşa sərhədində 3 mindən çox qanunsuz mühacir yığılıb Polşa sərhədçiləri avqust ayında Belarus ərazisindən 3 mindən çox mühacirin sərhədi keçmək cəhdinin qarşısını alıb. Eyni zamanda son 24 saat ərzində 55 miqrant saxlanılıb.
Digər ölkələr
27 Avqust , 2021 19:45
Belarus-Polşa sərhədində 3 mindən çox qanunsuz mühacir yığılıb

Polşa sərhədçiləri avqust ayında Belarus ərazisindən 3 mindən çox mühacirin sərhədi keçmək cəhdinin qarşısını alıb. Eyni zamanda son 24 saat ərzində 55 miqrant saxlanılıb.

"Report" "France24" telekanalına istinadən xəbər verir ki, qanunsuz mühacirlər birbaşa sərhəddə yerləşdirilən çadır şəhərciyində saxlanılır, onların arasında Əfqanıstandan gələn mühacirlər də var. Polşa sərhədçiləri onları ölkəyə buraxmır.

Qanunsuz mühacir axınının qarşısını almaq üçün Polşa Belarusla sərhəddəki hərbi kontingentini 2 min nəfərə çatdırıb. Bundan əlavə, tikanlı məftillərin inşasına başlanılıb.

Bundan əvvəl Polşanın milli müdafiə naziri Mariuş Blasçak miqrasiya böhranı ilə əlaqədar Belarusla sərhəddə 2,5 metrlik hasar çəkiləcəyini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi