Bəhreyndə terrorçuluqla ittiham edilən 3 nəfərə edam cəzası verilib

Bəhreyndə terrorçuluqla ittiham edilən 3 nəfərə edam cəzası verilib Bundan əlavə, 4 müqəssir ömürlük, 8 müttəhim isə 15 il həbs cəzası alıb
Digər ölkələr
24 Mart , 2017 08:36
Bəhreyndə terrorçuluqla ittiham edilən 3 nəfərə edam cəzası verilib
Courtesy İmage

Bakı. 24 mart. REPORT.AZ/ Bəhreyndə məhkəmə terrorçuluqda ittiham olunan 3 müttəhimə edam cəzası verib.

"Report"un məlumatına görə, bu barədə "BNA" agentliyi xəbər verib.

Məlumatda bilddirilir ki, Terror Cinayətləri Prokurorluğunun rəhbəri Əhməd əl-Hamad Böyük Cəza Məhkəməsinin polisləri hədəf alan silah və partlayıcı emal edən terror özəyi və 2014-cü ildə Şimal rayonunda polisləri hədəf alan partlayışları reallaşdırmaq ittihamlarıyla 3 müttəhim ölüm cəzasına layiq görülüb. Bundan əlavə, 4 müqəssirə ömürlük, 8 müttəhimə isə 15 il həbs cəzasının verildiyini bildirib.

Onun sözlərinə görə, daha 2 müttəhim 10 il azadlıqdan məhrum olunub. Məhkəmənin qərarının şikayətə açıq olduğu ifadə edilib.

Son xəbərlər

Orphus sistemi