Bəhreyndə həbsxanadan 10 məhkum qaçıb

Bəhreyndə həbsxanadan 10 məhkum qaçıb Daxili işlər nazirinin göstərişi ilə hadisənin təhqiqatını aparmaq üçün xüsusi komitə yaradılıb
Digər ölkələr
2 Yanvar , 2017 00:33
Bəhreyndə həbsxanadan 10 məhkum qaçıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Bəhreynin paytaxtındakı "Cu" həbsaxanasından 10 məhkum qaçıb.

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi krallığın Daxili İşlər Naziriyinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 05:30-da həbsxanaya 5 silahlı hücum edib. Polis əməkdaşları ilə silahlılar arasında baş vermiş atışmada 1 asayiş keşikçisi öldürülüb. Daha bir polis əməkdaşı isə ağır yaralanıb.

Atışmadan sonra terrorçuluğa görə azadlıqdan ömürlük məhkum edilmiş 10 məhbus həbsxanadan qaçıb. Krallığın daxili işlər nazirinin göstərişi ilə hadisənin təhqiqatını aparmaq üçün xüsusi komitə yaradılıb.  

Son xəbərlər

Orphus sistemi