Bəhreyn Qətər hərbçilərinə ölkəni tərk etmək əmri verib

Bəhreyn Qətər hərbçilərinə ölkəni tərk etmək əmri verib Qətər hərbçilərini Bəhreynə 2014-cü ildə göndərib
Digər ölkələr
18 İyun , 2017 19:39
Bəhreyn Qətər hərbçilərinə ölkəni tərk etmək əmri verib
Courtesy İmage

Bakı. 18 iyun. REPORT.AZ/ Bəhreyn hökuməti ABŞ-ın rəhbərliyi altında İŞİD terror qruplaşması ilə mübarizə üzrə koalisiyanın tərkibində xidmət edən Qətər hərbçilərinə 48 saat ərzində ölkəni tərk etmək əmri verib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə vəziyyətlə yaxından tanış olan mənbə məlumat verib.

Qətər hərbçilərini Bəhreynə 2014-cü ildə göndərib. Onların dəqiq sayı məlum deyil.

"Onlar hələ ki, bazadadırlar, lakin, çox güman ki, yaxın iki gündə gedəcəklər", — deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi