BƏƏ Yəməndən Dubaya zərbə endirilməsi xəbərini təkzib edib

BƏƏ Yəməndən Dubaya zərbə endirilməsi xəbərini təkzib edib Bakı. 28 avqust. REPORT.AZ/ BƏƏ-nin Baş Mülki Aviasiya İdarəsi Yəmən husilərinin Dubay beynəlxalq hava limanına hücumla bağlı bəyanatlarını təkzib edib.
Digər ölkələr
28 Avqust , 2018 00:27
BƏƏ Yəməndən Dubaya zərbə endirilməsi xəbərini təkzib edib

Bakı. 28 avqust. REPORT.AZ/ BƏƏ-nin Baş Mülki Aviasiya İdarəsi Yəmən husilərinin Dubay beynəlxalq hava limanına hücumla bağlı bəyanatlarını təkzib edib.

“Report” TASS-a istinadən xəbər verir ki, idarə müvafiq bəyanatı bazar ertəsi "Twitter"də paylaşıb.

"BƏƏ-də hava rabitəsi normal rejimdə, hər hansı bir problem olmadan [həyata keçirilir]. Husilərin nəzarəti altında olan KİV-in Dubay beynəlxalq aeroportu ilə bağlı iddiaları həqiqətə uyğun deyil", - deyə məlumatda bildirilir.

Bazar günü husilərin nəzarət etdiyi "Al Masirah" telekanalı "Səməd-3" tipli pilotsuz uçan döyüş aparatının Dubay aeroportuna zərbə endirdiyi barədə məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi