Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yunanıstanda koronavirusa yoluxanların sayı məlum olub.
“Report” xəbər verir ki, bunu hər iki ölkənin səhiyyə nazirlikləri açıqlayıb.
Məlumata görə, BƏƏ-də 15, Yunanıstanda isə daha 5 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Beləliklə, koronavirus daşıyıcılarının sayı BƏƏ-də 74-ə, Yunanıstanda isə 89-a çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 814-ə çatıb. Bunların 64 277 nəfəri sağalıb, 4 031 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.