BƏƏ "Patriot" raketlərini ABŞ-dan 2020-2021-ci illərdə tədarük edəcək

BƏƏ "Patriot" raketlərini ABŞ-dan 2020-2021-ci illərdə tədarük edəcək Bakı. 18 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ordusunun istifadəsində olan Patriot zenit-raket sistemləri (ZRS) üçün idarəolunan zent raketlərinin (İZR) tədarükü 2020-2021-ci illərdə başlayacaq.
Digər ölkələr
18 Fevral , 2019 11:42
BƏƏ Patriot raketlərini ABŞ-dan 2020-2021-ci illərdə tədarük edəcək

Bakı. 18 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ordusunun istifadəsində olan "Patriot" zenit-raket sistemləri (ZRS) üçün idarəolunan zent raketlərinin (İZR) tədarükü 2020-2021-ci illərdə başlayacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bun barədə IDEX-2019 14-cü beynəlxalq hərbi-texniki salonunda belə raketlərinin istehsalçısı olan ABŞ-ın "Raytheon" şirkətindən olan mənbə məlumat verib.

"Dünən "Raytheon" və BƏƏ Silahlı Qüvvələri "Patriot" ZRS üçün İZR tədarükü üzrə 356 milyon dollar dəyərində müqavilə imzalayıb. Yaxın Şərq ölkəsi modifikasiya edilmiş PAC-3 konfiqurasiyalı (Patriot Advances Capability-3) raketlər alacaq, təchizat 2020-2021-ci illərdə başlayacaq", - mənbə bildirib.

"Raytheon" nümayəndəsi sifariş olunmuş raketlərin sayı barədə dəqiq bildig verməyərək "azı onlarla olacaq" deyib.

BƏƏ Silahlı Qüvvələri ilə "Raytheon" arasında imzalanmış müqavilə IDEX-2019 sərgisinin ilk gününün (17 fevral) silah alışı üzrə ən böyük sazişi olub. BƏƏ 2009-cu ildən "Patriot" ZRS-in operatorudur.

Son xəbərlər

Orphus sistemi