Yuxarı

BƏƏ-nin paytaxtında baş vermiş güclü yanğında 13 nəfər xəsarət alıb

Zərərçəkənlər dəm qazından zəhərləniblər

Bakı. 30 avqust. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində, tikinti kompleksində güclü yanğın baş verib.

"Report"un məlumatına görə, bu barədə "WAM" agentliyi xəbər yayıb.

Məlumata görə, hadisə zamanı 10-u yanğınsöndürən 13 nəfər xəsarət alıb. Zərərçəkənlərin dəm qazından zəhərləndikləri bildirilir.

Hadisə ilə əlaqədar tikinti kompleksindən 600 nəfər təxliyə olunub. Eyni zamanda yaxınlıqdakı evlərin sakinləri da ərazidən təxliyə ediliblər.

"Khaleej Times" qəzetinin məlumatına görə, yanğının söndürülməsinə 10 briqada cəlb edilib.

Yerli mətbuatın yazdığına görə, yanğın söndürülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi