BƏƏ-nin paytaxtı Əbu-Dabidə yol qəzası olub, ölənlər və yaralananlar var

BƏƏ-nin paytaxtı Əbu-Dabidə yol qəzası olub, ölənlər və yaralananlar var Bakı. 31 iyul. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərində bir neçə nəfərin ölümü, onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Digər ölkələr
31 İyul , 2018 01:47
BƏƏ-nin paytaxtı Əbu-Dabidə yol qəzası olub, ölənlər və yaralananlar var

Bakı. 31 iyul. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərində bir neçə nəfərin ölümü, onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "National" məlumat yayıb.

Xəbərdə bildirilir ki, paytaxt Əbu-Dabidə fəhlələri daşıyan avtobus minik avtomobilinə, həmin nəqliyyat vasisəti isə öz növbəsində mikroavtobusa çırpılıb. Nəticədə avtobus metal maneələrə çırpılıb. 

Qəza zamanı 3 nəfər ölüb, 44 nəfər xəsarət alıb.

Polisin ehtimalına görə, hadisənin baş verməsində təqsirkar nəqliyyat vasitəsinin sürətini artıran və məsafə saxlamayan, habelə mobil telefondan istifadə etdiyi güman olunan avtobus sürücüsüdür.

Son xəbərlər

Orphus sistemi