BƏƏ Fransadan 80 qırıcı, 12 helikopter alır

BƏƏ Fransadan 80 qırıcı, 12 helikopter alır Birləşmiş Ərəb Əmirliyi 80 çoxməqsədli “Rafale” qırıcısı və 12 çoxməqsədli “Caracal” əldə etməklə bağlı Fransa ilə müqavilə imzalayıb.
Digər ölkələr
3 Dekabr , 2021 15:07
BƏƏ Fransadan 80 qırıcı, 12 helikopter alır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 80 çoxməqsədli “Rafale” qırıcısı və 12 çoxməqsədli “Caracal” əldə etməklə bağlı Fransa ilə müqavilə imzalayıb.

“Report” xəbər verir ki, məlumatı “France-Presse” agentliyi yayıb.

Bildirilib ki, müqavilə Fransa Prezidenti Emmanuel Makronun Dubaya səfəri şərəfinə imzalanıb. Sənədin imzalanması mərasimində Əbu Dabinin vəliəhd şahzadəsi Məhəmməd Bin Zaid əl-Nahyan da iştirak edib.

Məlumata görə, E.Makron dekabrın 3-4-də Qətər, BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək.

Son xəbərlər

Orphus sistemi