BƏƏ-də xilasetmə vertolyotu qəzaya uğrayıb - VİDEO

BƏƏ-də xilasetmə vertolyotu qəzaya uğrayıb - VİDEO Qəza zamanı bütün heyət üzvləri ölüb
Digər ölkələr
30 Dekabr , 2018 01:38
BƏƏ-də xilasetmə vertolyotu qəzaya uğrayıb - VİDEO

Bakı. 30 dekabr. REPORT.AZ/ Şənbə günü axşam BƏƏ-nin Ras əl-Xeymə şimal əmirliyində xilasetmə vertolyotu qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Mülki Aviasiya İdarəsinə istinadən "Reuters" məlumat yayıb.

Qəza zamanı bütün heyət üzvlərinin həlak olduğu bildirilir. Hadisə axşam saatlarında Cəbəl Cais dağı ərazisində qeydə alınıb. Onun səbəbləri barədə məlumat yoxdur. Ölənlərin sayı da məlum deyil.

Daha əvvəl Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi