Birləşmiş Ərəb Əmirliklərində ilk "qızıl viza" verilib

Birləşmiş Ərəb Əmirliklərində ilk "qızıl viza" verilib Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ilk dəfə qızıl viza verilib.
Digər ölkələr
4 İyun , 2019 12:27
Birləşmiş Ərəb Əmirliklərində ilk qızıl viza verilib

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ilk dəfə "qızıl viza" verilib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"The National" nəşrinin məlumatına görə, "qızıl viza"nı hindistanlı Yusuf Əli qazanıb və bu, ona ölkədə daimi yaşayış hüququ verir.

Yusuf Əli 45 ildən çoxdur BƏƏ-də yaşayır. İş adamının sərvəti 4,7 milyard dollar səviyyəsində qiymətləndirilir. O, Yaxın Şərq ölkələrində hipermarketlərə sahib olan "Lulu Group" ticarət şəbəkəsinin rəhbəridir.

Qeyd edək ki, BƏƏ Nazirlər Kabineti mart ayında müəyyən kateqoriyadan olan xarici vətəndaşlara ilk dəfə beş və onillik rezident vizalarının verilməsini təsdiqləyib. Bundan əvvəl maksimum müddət üç il olub.

Bu cür vizanı almaq üçün investorlar, sahibkarlar, alimlər, yüksək ixtisaslı mütəxəssislər və istedadlı tələbələr müraciət edə bilərlər.

Bir ay əvvəl isə rəsmi Əbu-Dabi xarici investorlara və qiymətli mütəxəssislərə ölkədə daimi yaşamaq üçün icazə verən "qızıl kart"ı tətbiq edib.

Son xəbərlər

Orphus sistemi