BƏƏ-də İranın xeyrinə casusluq edən 4 nəfərə hökm oxunub

BƏƏ-də İranın xeyrinə casusluq edən 4 nəfərə hökm oxunub Bakı. 26 dekabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 3 vətəndaşı İranın xeyrinə casusluqda ittiham olunaraq 7 ildən 154 ilədək azadlıqdan məhrum edilib.
Digər ölkələr
26 Dekabr , 2017 20:17
BƏƏ-də İranın xeyrinə casusluq edən 4 nəfərə hökm oxunub

Bakı. 26 dekabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 3 vətəndaşı İranın xeyrinə casusluqda ittiham olunaraq 7 ildən 154 ilədək azadlıqdan məhrum edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkənin 28 yaşlı hərbçisi gizli məlumatları İranın Əbu-Dabidəki səfirliyində işləyən iranlı casusa ötürürmüş.

Bundan əlavə, 35 yaşlı BƏƏ vətəndaşı eyni ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilməklə yanaşı, 30 min dollar da cərimələnib. Ölkənin başqa bir vətəndaşı isə 7 il azadlıqdan məhrum edilib.

Bəhreyn təbəəsinə isə 3 il iş kəsilib və 13 min dollar cərimələnib. 

Son xəbərlər

Orphus sistemi