Eduard Şarmazanov: “Prezidentlərin görüşü dekabrın əvvəlində keçirilə bilər”

Eduard Şarmazanov: “Prezidentlərin görüşü dekabrın əvvəlində keçirilə bilər” Prezidentlərin son görüşü 2014-cü il oktyabrın 27-də Parisdə baş tutmuşdu
Digər ölkələr
19 Noyabr , 2015 00:54
Eduard Şarmazanov: “Prezidentlərin görüşü dekabrın əvvəlində keçirilə bilər”

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü dekabrın əvvəlində keçirilə bilər. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın hakim Respublika Partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib.

Onun sözlərinə görə, prezidentlərin görüşü yaxın həftələrdə keçiriləcək. "Hesab edirəm ki, İlham Əliyev- Serj Sarkisyan görüşü dekabrın əvvəlində baş tuta bilər. Görüşün dəqiq vaxtı və yeri barədə isə prezident aparatı əlavə məlumat veriləcək", - deyə Şarmazanov qeyd edib.

Prezidentlərin son görüşü 2014-cü il oktyabrın 27-də Parisdə baş tutmuşdu.

Son xəbərlər

Orphus sistemi