Yuxarı
    Bağlamaq

    BBC və "Sky News": Britaniya Aİ-dən çıxacaq

    Ölkənin Aİ-də qalmasını istəyənlər 48 faiz olacaq

    Bakı. 24 iyun. REPORT.AZ/ Böyük Britaniya referendumun nəticələrinə əsasən Avropa İttifaqını tərk edəcək. "Report" xəbər verir ki, bu proqnozla Birləşmiş Krallığın iki böyük teleşirkəti – BBC və "Sky News" çıxış edib.

    Teleşirkətlərin proqnozlarına görə, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyənlər seçicilərin 52 faizini təşkil edəcək. Ölkənin Aİ-də qalmasını istəyənlər isə 48 faiz olacaq.

    "İndi artıq aydındır. Aİ-dən çıxış ehtimalı yüksəkdir. Proqnoz – Britaniya Avropa İttifaqını tərk edir. Xalq sözünü dedi və seçimini etdi" – deyə BBC-nin aparıcısı bildirib.

    Qeyd edək ki, indiyə qədər açıqlanmış nəticələrə görə, Böyük Britaniyanın Aİ-dən çıxmasını dəstəkləyənlər avrointeqrasiya tərəfdarlarından 862 min nəfər çoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi