​"BBC" işçilərinin ixtisarına başlayıb

​"BBC" işçilərinin ixtisarına başlayıb Şirkətin ixtisar nəticəsində 50 milyon funt-sterlinqə qənaət edəcəyini gözləyir
Digər ölkələr
2 İyul , 2015 16:23
​BBC işçilərinin ixtisarına başlayıb

Bakı. 2 iyul. REPORT.AZ/ Böyük Britaniyanın "BBC" Yayım Şirkəti min nəfər işçisini ixtisar edəcək.

"Report" "BBC"yə istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Toni Holl bildirib.

Məlumata görə, baş direktor "BBC"nin lisenziyalı gəlirlərinin təxminən 150 milyon funt-sterlinq azaldığını söyləyib. O, işçilərin ixitisara salınması səbəblərindən biri kimi gəlirlərin azalmasını göstərib.

Şirkətin açıqlamasına əsasən, ixtisarlar zamanı peşəkarlıq səviyyəsi nəzərə alınacaq, habelə rəhbər vəzifələrin bəziləri ixtisar olunacaq: "Daha sadə "BBC" yaradılacaq".

Qurum ixtisar nəticəsində 50 milyon funt-sterlinqə qənaət edəcəyini gözləyir.

İngilis versiyası BBC starts staff reduction

Son xəbərlər

Orphus sistemi