Bakı. 13 sentyabr. REPORT.AZ/ Qurban bayramının ilk günü Rusiya və prezident Bəşər Əsədə bağlı döyüş təyyarələrinin Suriyanın müxalifətin nəzarəti altında olan ərazilərini bombalaması nəticəsində 34 dinc sakin ölüb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Müşahidə Təşkilatı məlumat yayıb.
Bildirilib ki, ötən gecə Rusiya və Bəşər Əsədə aid döyüş təyyarələrinin Dəməşqi bombalaması nəticəsində 15, İdlibdə 14, Humus və Derada hər birində 2, Hələbdə isə 1 nəfər həlak olub. Ölənlərdən 4-ü uşaq, 2-si qadındır.
Qeyd edək ki, ötən gün ABŞ və Rusiya Suriyada atəşkəslə bağlı razılığa gəlib. Bəşər Əsədin də atəşkəs rejiminə qoşulacağı bildirilib.