Baydenin xarici siyasətlə bağlı çıxışı təxirə salındı

Baydenin xarici siyasətlə bağlı çıxışı təxirə salındı ABŞ prezidenti Cozef Baydenin ölkənin xarici siyasət kursu ilə bağlı geniş məzmunlu çıxışı fevralın 4-də baş tutacaq.
Digər ölkələr
2 Fevral , 2021 23:22
Baydenin xarici siyasətlə bağlı çıxışı təxirə salındı
Co Bayden

ABŞ prezidenti Cozef Baydenin ölkənin xarici siyasət kursu ilə bağlı geniş məzmunlu çıxışı fevralın 4-də baş tutacaq.

“Report”un məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə söyləyib.

“Biz prezidentin bu həftənin cümə axşamı Dövlət Departamentinə gələcəyini təsdiq edirik. Bu, əvvəlcə cari həftənin əvvəlinə təyin edilmişdi, lakin güclü qar səbəbindən tədbirin vaxtını dəyişmək məcburiyyətində qaldıq. O, Amerikanın dünyadakı rolunun bərpası ilə əlaqədar çıxış edəcək”-deyə, o bildirib.

Qeyd edək ki, “NBC News” telekanalı yüksək vəzifəli mənbəyə istinadən ABŞ prezidenti Cozef Baydenin fevralın 1-də ilk dəfə geniş məzmunlu nitqlə çıxış edəcəyi barədə məlumat vermişdi.

Son xəbərlər

Orphus sistemi