Baydenin oğlu iyulun 26-da məhkəmə qarşısına çıxacaq

Baydenin oğlu iyulun 26-da məhkəmə qarşısına çıxacaq ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden iyulun 26-da Delaver ştatında məhkəmə qarşısına çıxacaq.
Digər ölkələr
22 İyun , 2023 03:45
Baydenin oğlu iyulun 26-da məhkəmə qarşısına çıxacaq

ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden iyulun 26-da Delaver ştatında məhkəmə qarşısına çıxacaq.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məhkəmə materiallarına istinadən məlumat yayıb.

Bundan əvvəl Hanter Bayden vergi pozuntusu ilə bağlı iki halda günahını etiraf edib.

Dərc edilmiş materiallardan məlum olur ki, Hanter Bayden iki halda qəsdən vergi ödəməməkdə ittiham olunur.

Üçüncü ittihama görə, prezident oğlu oktyabrın ortalarında qanunsuz narkotik vasitələrdən istifadə edib, eyni zamanda, üzərində “Kolt” markalı tapança daşıyıb ki, bu da qanun pozuntusudur. Bu hal ilə bağlı Hanter məhkəməöncəsi tədbirlərə razılıq verib.

Son xəbərlər

Orphus sistemi