Baydenin oğlu irqçilikdə şübhəli bilinir

Baydenin oğlu irqçilikdə şübhəli bilinir ABŞ prezidenti Co Baydenin oğlu Hanter əmisi qızı Karolin ilə yazışmalarında asiyalılara qarşı hörmətsizlik nümayiş etdirib.
Digər ölkələr
159
17 İyun , 2021 06:11
Baydenin oğlu irqçilikdə şübhəli bilinir

ABŞ prezidenti Co Baydenin oğlu Hanter əmisi qızı Karolin ilə yazışmalarında asiyalılara qarşı hörmətsizlik nümayiş etdirib.

“Report”un məlumatına görə, bu barədə “Daily Mail” xəbər verir.

Nəşrə görə, 2019-cu ilin yazışmaları Hanter Baydenin notbukunda tapılıb. Amerika prezidentinin oğlu əmisi qızından zəngin model dostlarından biri ilə onun üçün görüş təşkil etməsini istəyib, bundan sonra Karolin əmisi oğlunun kiminlə danışmaq istədiyini dəqiqləşdirib: amerikalı və ya bir əcnəbi ilə.

“Assimilyasiya olunmuş bir əcnəbi olar. Amma, qəti sarı olanlar olmasın”,deyə Hanter yazıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin oğlu Hanter alkoqol və narkotik asılılığından əziyyət çəkib

Son xəbərlər

Orphus sistemi