Baydenin müşaviri: “HƏMAS-ın lideri Sinvarın vaxtına az qalıb”

Baydenin müşaviri: “HƏMAS-ın lideri Sinvarın vaxtına az qalıb” “Fələstinin radikal HƏMAS hərəkatının hərbi lideri Yəhya Sinvarın vaxtına az qalıb”.
Digər ölkələr
15 Dekabr , 2023 04:48
Baydenin müşaviri: “HƏMAS-ın lideri Sinvarın vaxtına az qalıb”

“Fələstinin radikal HƏMAS hərəkatının hərbi lideri Yəhya Sinvarın vaxtına az qalıb”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib.

Onun sözlərinə görə, Sinvarı zərərsizləşdirmək üçün nə qədər vaxt lazım olduğu artıq vacib deyil:

“Sinvarın əlində amerikalıların qanı var. Oktyabrın 7-də 38 amerikalı öldürüldü və o, hələ də bir sıra amerikalıları girov saxlayır. Beləliklə, nə qədər vaxt aparsa da, Sinvar üçün ədalət öz yerini tapacaq”.

Son xəbərlər

Orphus sistemi