Baydenin etirafı: 2023-cü ildə Ukraynada mənə qarşı sui-qəsd olacağından narahat idim

Baydenin etirafı: 2023-cü ildə Ukraynada mənə qarşı sui-qəsd olacağından narahat idim ABŞ Prezidenti Cozef Bayden 2023-cü ildə Kiyevə elan edilməmiş səfəri zamanı sui-qəsddən ehtiyat etdiyini bildirib.
Digər ölkələr
17 Yanvar , 2025 11:14
Baydenin etirafı: 2023-cü ildə Ukraynada mənə qarşı sui-qəsd olacağından narahat idim

ABŞ Prezidenti Cozef Bayden bildirib ki, 2023-cü ildə Kiyevə elan edilməmiş səfəri zamanı ona qarşı sui-qəsd baş verəcəyindən ehtiyat edib.

“Report” xəbər verir ki, o bu barədə MSNBC telekanalına müsahibəsində deyib.

C.Bayden münaqişənin qızğın çağında Ukraynaya səfərinin təfərrüatlarını jurnalistin "ABŞ qüvvələrinin nəzarətində olmayan" döyüş zonasına getmək qərarını necə qəbul etməsi barədə sualını cavablandırarkən bölüşüb.

"Mən Ukraynada rusiyalıların nəzarətində olan və ya onlarla əməkdaşlıq edən radikal elementlərin sui-qəsd törətməyə cəhd göstərə biləcəyindən narahat idim", - o bildirib.

Son xəbərlər

Orphus sistemi