Baydenin andiçmə mərasimini qoruyan 200 hərbçidə COVID-19 aşkarlanıb

Baydenin andiçmə mərasimini qoruyan 200 hərbçidə COVID-19 aşkarlanıb ABŞ-ın yeni seçilən prezidenti Cozef Baydenin andiçmə mərasimində təhlükəsizliyi təmin edən Milli Qvardiyanın 200 əməkdaşına COVID-19 diaqnozu qoyulub.
Digər ölkələr
23 Yanvar , 2021 12:58
Baydenin andiçmə mərasimini qoruyan 200 hərbçidə COVID-19 aşkarlanıb

ABŞ-ın yeni seçilən prezidenti Cozef Baydenin andiçmə mərasimində təhlükəsizliyi təmin edən Milli Qvardiyanın 200 əməkdaşına COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşları “Wall Street Journal”a bildiriblər.

Məlumata görə, virusun kütləvi yayılmasına səbəb hərbçilərin sosial məsafə gözləmədən qeyri-gigiyenik şəraitdə fəaliyyət göstərmələri olub.

Qeyd edək ki, Milli Qvardiya hərbçilərinin Konqresin duracağında yatdıqlarını əks etdirən şəkillər böyük müzakirələrə səbəb olub.

Son xəbərlər

Orphus sistemi