Baydeni təhdid etdiyinə görə izlənilən şəxs zərərsizləşdirilib

Baydeni təhdid etdiyinə görə izlənilən şəxs zərərsizləşdirilib ABŞ Prezidenti Cozef Baydeni təhdid etdiyinə görə aylarla izlənilən 70 yaşlı Kreyq Robertson zərərsizləşdirilib.
Digər ölkələr
9 avqust 2023 23:41
Baydeni təhdid etdiyinə görə izlənilən şəxs zərərsizləşdirilib

ABŞ Prezidenti Cozef Baydeni təhdid etdiyinə görə aylarla izlənilən 70 yaşlı Kreyq Robertson zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

Məlumata görə, hazırda Federal Təhqiqat Bürosu hüquq-mühafizə orqanları tərəfindən güllələnən Robertsonun evində araşdırma aparır.

Federal polis şübhəlinin Salt Leyk Siti şəhərinin cənubunda zərərsizləşdirildiyini açıqlayıb.

Qeyd edilir ki, güllələnən şəxs özünü keçmiş prezident Donald Trampın güclü tərəfdarı kimi tanıdıb və sosial şəbəkədəki paylaşımlarında dəfələrlə Cozef Baydeni təhdid edib.

Son xəbərlər

Orphus sistemi