Bayden və Zelenski arasında danışıqların vaxtı məlum olub

Bayden və Zelenski arasında danışıqların vaxtı məlum olub ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Volodimir Zelenski arasında telefon danışığının olacağı nəzərdə tutulur.
Digər ölkələr
105
8 Dekabr , 2021 00:42
Bayden və Zelenski arasında danışıqların vaxtı məlum olub

ABŞ və Ukrayna prezidentləri Cozef Baydenlə Volodimir Zelenski arasında telefon danışığının olacağı nəzərdə tutulur.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

Rusiya və Amerika liderləri Vladimir Putinlə Cozef Bayden arasında baş tutan videokonfransa dair keçirdiyi birifinqdə köməkçi deyib ki, Bayden dekabrın 9-da Ukrayna lideri Vladimir Zelenski ilə danışacaq.

Sallivan qeyd edib ki, bu, Zelenski ilə ABŞ dövlət katibi Entoni Blinken arasında müzakirədən sonra olacaq.

Son xəbərlər

Orphus sistemi