Bayden və Quterreş Nyu-Yorkda görüş keçirirlər

Bayden və Quterreş Nyu-Yorkda görüş keçirirlər BMT Baş katibi Antoniu Quterreş və ABŞ Prezidenti Cozef Bayden Nyu-Yorkda görüş keçirirlər.
Digər ölkələr
21 Sentyabr , 2021 03:22
Bayden və Quterreş Nyu-Yorkda görüş keçirirlər

BMT Baş katibi Antoniu Quterreş və ABŞ Prezidenti Cozef Bayden Nyu-Yorkda görüş keçirirlər.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidentini müşayiət edən jurnalist Sebastyan Smitin tvitterdəki səhifəsində bildirib.

ABŞ və BMT rəhbərlərinin pandemiya, iqlim dəyişikliyinə qarşı mübarizə, Əfqanıstanda yaranmış vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

Çərşənbə axşamı Quterreş və Bayden BMT Baş Assambleyasının ümumsiyasi müzakirəsində çıxış edəcəklər.

Qeyd edək ki, ABŞ rəhbəri BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib. Bayden sentyabrın 21-də səhər BMT Baş Assambleyasında çıxışından sonra Ağ Evə qayıdacaq.

Son xəbərlər

Orphus sistemi