Bayden və Putinin görüşünü 500-dən çox jurnalist işıqlandıracaq

Bayden və Putinin görüşünü 500-dən çox jurnalist işıqlandıracaq ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putinin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşünü işıqlandırmaq üçün 500-dən çox jurnalist akkreditasiya olunub.
Digər ölkələr
8 İyun , 2021 19:54
Bayden və Putinin görüşünü 500-dən çox jurnalist işıqlandıracaq
Cozef Bayden və Vladimir Putin

ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putinin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşünü işıqlandırmaq üçün 500-dən çox jurnalist akkreditasiya olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin BMT-nin mənzil-qərargahındakı nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, 500-600 jurnalist artıq artıq akkreditasiya olunub və yeni müraciətlərə baxılır.

Məlumata görə, jurnalistlərin qeydiyyatı iyunun 11-i Bakı vaxtı ilə saat 12:00-dək davam edəcək.

Xatırladaq ki, Ağ ev və Kreml zirvə toplantısının iyunun 16-da Cenevrədə keçiriləcəyini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi