Bayden Ukraynaya yeni səfirin namizədliyini Senata göndərib

Bayden Ukraynaya yeni səfirin namizədliyini Senata göndərib ABŞ prezidenti Cozef Bayden Bridcet Brinkin Ukraynaya səfir təyin olunması üçün Senata namizədliyini irəli sürüb.
Digər ölkələr
27 Aprel , 2022 01:09
Bayden Ukraynaya yeni səfirin namizədliyini Senata göndərib

ABŞ prezidenti Cozef Bayden Bridcet Brinkin Ukraynaya səfir təyin olunması üçün Senata namizədliyini irəli sürüb.

Bu barədə “Report” Ağ Evə istinadən xəbər verir.

Qeyd olunub ki, Brink hazırda Slovakiyada səfir vəzifəsini tutur.

2019-cu ildən, o zamankı prezident Donald Tramp Mari Yovanoviçi vəzifəsindən azad etdikdən sonra ABŞ-ın Ukraynada tamhüquqlu səfiri yoxdur. Kiyevdən Lvova, oradan da Polşaya təxliyə edilən səfirlik müvəqqəti işlər vəkili Kristina Qvinnin rəhbərliyi altında işləyir.

Son xəbərlər

Orphus sistemi