Sözsüz, NATO Ukraynanın gələcəyində var. Vilnüsdə dediyimiz kimi, Ukrayna NATO-nun üzvü olacaq, yalnız biz onların müharibədə qalib gəldiklərinə əmin olmalıyıq.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə qapalı görüşün yekunlarına dair birgə mətbuat konfrasında deyib.
Amerikalı lider NATO-nun necə güclü və müttəhid olduğundan fəxr etdiyini söyləyib.
“Biz Vilnüsdə Zelenski, Yeddilik Qrupunun liderləri ilə danışmışıq və Ukraynaya uzunmüddətli yardımın vacibliyini qeyd etmişik. Ona görə addımbaaddım gedirik”, - dövlət başçısı bildirib.
Xatırladaq ki, Vaşinqtonda ABŞ və Ukrayna liderlərinin görüşü olub.