Bayden Ukrayna ilə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını keçirib

Bayden Ukrayna ilə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını keçirib ABŞ prezidenti Co Bayden Ukrayna ətrafında vəziyyətlə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını keçirib.
Digər ölkələr
21 Fevral , 2022 02:45
Bayden Ukrayna ilə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını keçirib

ABŞ prezidenti Co Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını keçirib.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Bayden Rusiyanın Ukrayna ilə sərhəddə qüvvələrini gücləndirməsi kontekstində son hadisələri müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasının iclasını keçirib”, - Ağ Evin mətbuat xidməti bildirib.

Xatırladaq ki, görüşün planlarını Ağ Evin mətbuat katibi Cen Psaki açıqlayıb.

“Bayden Ukraynada dəyişən vəziyyəti izləməyə davam edir və onun milli təhlükəsizlik komandası ona hadisələr haqqında mütəmadi olaraq hesabat verir”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi