ABŞ Prezidenti Cozef Bayden Ukrayna ətrafındakı böhranla bağlı sualı cavablandırmaq əvəzinə jurnalistləri Sevgililər Günü münasibətilə təbrik edib.
Bu barədə “Report” ABŞ mətbuatına istinadən xəbər verir.
"Jurnalistlər qışqıraraq suallar verdilər. O, çıxışını dayandırmadı. Prezidentdən soruşdular ki, Rusiyanın Ukraynaya təcavüzü həqiqətən də həmişəkindən daha yaxındırmı? Bayden maskasını aşağı endirib, "Sevgililər gününüz mübarək", - deyib", - Ağ Evdən bildirilib.