ABŞ-ın 2020-ci ildə keçiriləcək dövlət başçısı seçkilərində iştirak etmək niyyətində olduğunu deyən keçmiş vitse-prezidenti Co Bayden, öz prezidentlik kampaniyasının ilk sutkasında 6,3 mln. dollar toplayıb.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Nəşr bildirir ki, Bayden toplanılmış vəsaitin həcminə görə ABŞ prezidenti postuna namizədliyini irəli sürmək niyyətində olduğu bildirən digər demokratları üstələyib.
Qəzet yazır ki, xüsusilə senator Berni Sanders prezidentlik yarışına rəsmən başladıqdan sonrakı ilk sutka ərzində təqribən 5,9 mln. dollar məbləğində ianə toplamağa müvəffəq olub.