Bayden: "Şimali Koreya lideri ilə görüşə hazıram"

Bayden: "Şimali Koreya lideri ilə görüşə hazıram" “ABŞ Prezidenti Cozef Bayden Şimali Koreya lideri Kim Çen Inla görüşə hazıram”.
Digər ölkələr
21 May , 2022 12:58
Bayden: Şimali Koreya lideri ilə görüşə hazıram
Cozef Bayden

"Şimali Koreya lideri Kim Çen Inla görüşə hazıram".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ lideri Seulda Cənubi Koreya Prezidenti Yun Sok Yolla danışıqların yekununda bildirib.

“Şimali Koreya lideri ilə görüşə hazır olmağım, onun məsələyə səmimi və ciddi yanaşmasından asılıdır”, Cozef Bayden vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenin mayın 20-də şərqi Asiya ölkələrinə - Cənubi Koreya və Yaponiyaya səfəri başlayıb. Səfər çərçivəsində o, Cənubi Koreya lideri Yun Sok Yol ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi