ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edib

ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edib Bu barədə məlumatı Ağ Evin Mətbuat xidməti yayıb
Digər ölkələr
15 Aprel , 2021 16:20
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edib
0 : 00
0 : 00

ABŞ prezidenti Cozef Bayden Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

Belə ki, ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxarır. Bundan əlavə, ABŞ öz şirkətlərinə Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondu və ya Rusiyanın Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazları birbaşa almağı qadağan edir.

ABŞ maliyyə nazirliyi isə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə əlaqəli olduğu iddia edilən 16 quruma və 16 şəxsə sanksiya tətbiq edib.

Son xəbərlər

Orphus sistemi