Bayden Rusiyanı Şərqi Avropaya qoşun göndərməklə hədələyib

Bayden Rusiyanı Şərqi Avropaya qoşun göndərməklə hədələyib ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynaya hərbi müdaxiləsi halında Şərqi Avropadakı NATO ölkələrinə əlavə qüvvələr göndərəcək.
Digər ölkələr
12 Dekabr , 2021 10:17
Bayden Rusiyanı Şərqi Avropaya qoşun göndərməklə hədələyib
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynaya hərbi müdaxiləsi halında Şərqi Avropadakı NATO ölkələrinə əlavə qüvvələr göndərəcək.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Amerika lideri bunun baş verəcəyi təqdirdə rəsmi Moskvaya qarşı daha sərt iqtisadi sanksiyaların tətbiq ediləcəyi ilə bağlı Rusiya Prezidenti Vladmir Putinə aydın mesaj verdiyini bildirib.

C.Bayden əmindir ki, bu cür addımlar təkcə Moskvaya təsir etməyəcək, həm də digər ölkələrin ona münasibətini dəyişəcək.

Son xəbərlər

Orphus sistemi