ABŞ Prezidenti Cozef Bayden Rusiyanın qondarma DXR və LXR-i tanıması ilə əlaqədar bu “respublika”lara qarşı sanksiyalar haqqında fərman imzalayıb.
Bu barədə “Report” Ağ Evə istinadən xəbər verir.
Fərman ABŞ-dan DXR və LXR malların, xidmətlərin və texnologiyaların ixracını, satışını, tədarükünü qadağan edir.
“DXR və LXR-in tanınması Rusiya Federasiyasının Minsk razılaşmaları üzrə öhdəliklərinə ziddir və Ukraynanın sülhünü, sabitliyini daha da təhdid edir”, - Bayden deyib.
Bayden həmçinin sanksiya ilə bağlı fərmanda qeyd edib ki, DXR və LXR-in tanınması ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə təhlükə yaradır.
Qeyd edək ki, ABŞ həmçinin Rusiyanın qondarma DXR və LXR-in müstəqilliyini tanıması səbəbindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. ABŞ Prezidenti Cozef Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ABŞ-ın qondarma DXR və LXR-in tanınması ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etmək planlarından danışıb.