Bayden Putinlə görüşdən əvvəl Avropadan olan həmkarları ilə məsləhətləşəcək

Bayden Putinlə görüşdən əvvəl Avropadan olan həmkarları ilə məsləhətləşəcək ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinə zəng etməzdən əvvəl koordinasiya üçün avropalı həmkarları ilə danışacaq.
Digər ölkələr
6 Dekabr , 2021 23:54
Bayden Putinlə görüşdən əvvəl Avropadan olan həmkarları ilə məsləhətləşəcək
Cozef Bayden

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinə zəng etməzdən əvvəl koordinasiya üçün avropalı həmkarları ilə danışacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi jurnalistlərə deyib.

“Sabah prezident Bayden və prezident Putin arasında videozəng formatında görüş olacaq. Bu gün prezident Avropadan olan əsas müttəfiqləri ilə danışıqlar aparacaq”, - ABŞ administrasiyasının rəsmisi bildirib.

Bundan başqa, ABŞ dövlət katibi Entoni Blinken videozəng formatında baş tutacaq görüşdən əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparacaq, Bayden isə görüşdən sonra Ukrayna lideri ilə telefon əlaqəsi saxlayacaq.

ABŞ rəsmisi vurğulayıb ki, ABŞ Rusiya və NATO arasında müzakirələri dəstəkləməyə hazırdır, lakin Moskvanın “qırmızı xətləri”nə qarşıdır.

Son xəbərlər

Orphus sistemi