Bayden Putinə qarşıdakı həftələrdə görüşməyi təklif etdi

Bayden Putinə qarşıdakı həftələrdə görüşməyi təklif etdi Bayden Putinə qarşıdakı həftələrdə görüşməyi təklif etdi
Digər ölkələr
15 Aprel , 2021 05:23
Bayden Putinə qarşıdakı həftələrdə görüşməyi təklif etdi
Cozef Bayden və Vladimir Putin

ABŞ prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə qarşıdakı həftələrdə görüşməyi təklif edib.

“Report” xarici mətbuata xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Prezident Bayden telefonun dəstəyini qaldırdı, prezident Putinə zəng vurdu və qarşıdakı həftələrdə görüşməyi təklif etdi", - Blinken deyib.

Ağ Ev öz növbəsində bildirib ki, tədbir ən yaxın bir neçə ayda keçirilə bilər.

Qeyd edək ki, dövlət başçıları arasında danışıqlar zamanı ABŞ-Rusiya münasibətlərinin cari vəziyyəti və beynəlxalq gündəliyin bəzi aktual aspektlərini müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi